Avqustun 23-ü Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür
Hər il avqustun 23-də dünya ictimaiyyəti Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi və Bu Alverin Qadağan Edilməsi Gününü qeyd edir. UNESCO İcraiyyə Şurasının 150-ci sessiyasının tövsiyəsinə əsasən təsis edilən bu tarix 1791-ci il avqustun 23-də üsyan etmiş San-Dominqo və Haiti qullarının xatirəsinə həsr olunub. Bu hadisələr dünyada qul alveri sisteminin ləğvi zərurətini doğurub.
Fhnews.az xəbər verir ki, bütün dünyada müstəmləkəçiliyin son qalıqlarının aradan qaldırılıması prosesinin davam etdiyi bir şəraitdə bu tarixi hadisə xüsusi aktuallıq kəsb edir. UNESCO BMT-nin üzv dövlətlərinə anım tədbirlərində iştirak etməyi təklif edir.
Qul alveri qurbanlarının xatirəsini anmaq məqsədilə ABŞ-ın Ohayo ştatında quldarlıq tarixi muzeyi fəaliyyət göstərir, Londonda anım tədbirləri təşkil olunur. Qul alverçiləri üçün əsas tranzit məntəqəsi olmuş Seneqal yaxınlığındakı Qori adasında isə hər il qurbanların xatirəsi anılır.
BMT qeyd edir ki, köləlik misli görünməmiş faciədir və bəşər tarixinin ən qara səhifələrindən biridir. Onun qadağan edilməsinə və beynəlxalq səviyyədə pislənilməsinə baxmayaraq, müasir dövrdə insan alveri kimi çirkin cinayətlər davam edir. BMT-nin məlumatına görə, hər il milyonlarla insan, xüsusən qadın və uşaqlar insan alverçilərinin qurbanına çevrilir və istismara məruz qalırlar. “Yeni qul alveri” müasir dövrün ən kəskin və genişmiqyaslı problemlərindən birinə çevrilib.
Bəzi ölkələrdə milli bayramlar köləlikdən azad edilmə günü kimi qeyd olunur. Məsələn, avqustun 1-i Yamaykada Emansipasiya Günüdür. Köləlikdən qurtuluş, qul alveri qurbanlarının xatirəsi Cənub-Şərqi Asiya ölkələri və Afrikada da əlamətdar hadisələr arasında yer alır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...