22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Audiovizual Şura yeni lisenziyaların verilməsi barədə müvafiq qərarlar qəbul edib

18-10-2024
IMG

Oktyabrın 18-də Audiovizual Şuranın növbəti iclası keçirilib. İclasda audiovizual media fəaliyyəti üçün lisenziya verilməsi ilə bağlı bir sıra müraciətlərə baxılıb.

Şuradan verilən məlumata görə, Audiovizual Şuranın müvafiq qərarları ilə "ABC-Telecom" MMC-yə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi (xidmət adı: "Kontakt TV") lisenziyaları verilib. Bundan başqa, "SƏSTV" MMC-yə (televiziya redaksiyasının adı: "Səs TV") və "Biznes TV" MMC-yə (televiziya redaksiyasının adı: "Biznes TV") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul olunub.

Yeni lisenziyaların verilməsindən sonra Azərbaycan Respublikasında audiovizual media subyektlərinin sayı 95-ə (135 lisenziya fəaliyyəti ilə) çatıb. Hazırda Audiovizual Şuradan lisenziya alaraq fəaliyyət göstərən 42 televiziya və 21 radio kanalı, 5 sifarişli yayım xidməti provayderi, 2 multipleks operatoru, 53 platforma operatoru mövcuddur.

Paylaş: