Atmosferdə karbon dioksid daha sürətlə toplanmağa başlayıb
Karbon dioksid atmosferdə daha sürətlə toplanmağa başlayıb. Oreqon Dövlət Universiteti əməkdaşlarının “Proceedings of the National Academy of Sciences” jurnalında dərc etdirdiyi məlumatlara əsasən, 50 min il ərzində havanın zərərli tullantılarla yüklənməsi 10 dəfə sürətlənib.
Fhnews.az xarici KİV-lərə istinadla xəbər verir ki, alimlər Antarktika buzlağında yığılmış qədim atmosfer qazlarının öyrənilməsi zamanı bu qənaətə gəliblər.
Tədqiqatçılar təxminən 10 min il əvvəl sona çatan son buzlaşma dövründə karbon dioksid səviyyəsinin bir neçə dəfə əhəmiyyətli dərəcədə artdığını və bu zaman Şimali Atlantikada kəskin soyuma müşahidə edildiyini aşkarlayıblar. Elmdə belə bir fenomen “Henri hadisəsi” adı ilə tanınır.
Nəşrin məlumatına görə, bu cür hadisələr təxminən yeddi min ildən bir baş verir. Alimlər hesab edirlər ki, bu gün karbon qazının atmosferdə toplanmasının sürətlənməsi prosesi 5-6 ildən çox davam etməyəcək. Eyni zamanda, əvvəllər zərərli tullantılar Cənub okeanı tərəfindən kifayət qədər fəal şəkildə mənimsənilirdisə, indi mütəxəssislər buna şübhə ilə yanaşırlar: yaxın əsrin perspektivində iqlim böhranı qərb və cənub küləklərinin güclənməsinə səbəb olacaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...