ATBA tələbələri COP-29 tədbirləri ilə bağlı Nizami Muzeyində təcrübə keçiblər
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 ilə bağlı ölkəmizdə müxtəlif tədbirlər təşkil olunur.
Fhnews.az science.gov.az saytına istinadən xəbər verir ki, ötən il dekabr ayının 11-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən COP-28-in plenar iclasında COP-29-un Azərbaycanda keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qərarına uyğun olaraq bir çox tədbirlərin təşkili ilə yanaşı, Azərbaycan Turizm Bələdçiləri Assosiyasiyası (ATBA) da sənayeyə yeni bələdçilərin hazırlanması məqsədilə təlimlərə başlayıb.
Qeyd edək ki, ATBA 2019-cu ildə Azərbaycanda turizm bələdçisi peşəsini təmsil edən peşəkar şəxslərin fəaliyyətinə dəstək və onların vahid şəkildə cəmləşməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə yaradılıb.
Tələbələr turizm sektoru üçün böyük əhəmiyyət kəsb edən COP-29 tədbirləri ilə bağlı ölkəmizə gələn qonaqların layiqincə qarşılanması, tariximizin, milli-mənəvi dəyərlərimizin, mədəni irs və incəsənətimizin dünyada tanıdılması istiqamətində layihələrdə maraqla iştirak edir. Bu istiqamətdə tələbələrin praktiki biliyinin artırılması məqsədilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ekskursiya təşkil edilib.
Tələbələr Nizami Muzeyinin ekspozisiyasında xalçalar, miniatürlər, xüsusən repressiya və mühacirət ədəbiyyatını əks etdirən ekspozisiya ilə tanış olublar. Onların bu mövzularla bağlı sualları muzeyin elmi işçisi Aysel Məhərrəmova tərəfindən cavablandırılıb. O, həmçinin tələbələrə Azərbaycan ədəbiyyatının inkişaf yolundan ətraflı bəhs edib və yaxın günlərdə ölkəmizdə COP-29 tədbirlərində iştirak edəcək qonaqların yüksək səviyyədə qarşılanmasının vacibliyini vurğulayıb.
Muzeyin qonaqpərvərliyindən məmnun qalan tələbələr, COP-29 tədbirlərinə hazırlıq ərəfəsində onlara bələdçilik üzrə təlimlərdə iştirak etməkdə və biliklərini təkmilləşdirməkdə yol göstərən Nizami Muzeyindən minnətdarlıq hissi ilə ayrılıblar.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...