22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Astronomlar Süd Yolunda sirli obyekt aşkarlayıblar

21-01-2024

Beynəlxalq astronomlar qrupu Süd Yolunda məlum olan ən ağır neytron ulduzlarından daha ağır və eyni zamanda bütün məlum qara dəliklərdən daha yüngül olan sirli obyekt aşkar ediblər.

Fhnews.az xəbər verir ki, bu barədə "Science" jurnalında dərc olunan məqalədə deyilir.

“MeerKAT” radioteleskopunun köməyi ilə aparılan müşahidələr zamanı “NGC 1851” kürə qrupunda Yerdən təxminən 40 min işıq ili məsafəsində yerləşən sürətlə fırlanan obyekt aşkar edilib.

Astronomların fikrincə, obyektin sonrakı tədqiqi və onun növlərinin aydınlaşdırılması neytron ulduzlarının və ya qara dəliklərin təkamülünü başa düşməkdə dönüş nöqtəsi ola bilər.

Paylaş: