22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Astronomlar: Sentyabrın 8-də Yerə yaxınlaşacaq Saturn daha böyük və aydın görünəcək

07-09-2024
IMG

Sentyabrın 8-də Günəşlə qarşıdurma nöqtəsində olacaq Saturn Yerə maksimum yaxın olacağı üçün daha parlaq və böyük görünəcək.

Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, astronomlar açıq səmada planetin sakinlərinin onu daha aydın görə biləcəklərini bildiriblər. Onlar qeyd ediblər ki, Saturnun Yerlə qarşıdurmaları hər il baş verir və hər 378 gündə bir dəfə təkrarlanır. O, qarşıdurma nöqtəsini keçəndə, Yerə mümkün qədər yaxın olur, parlaq və böyük görünür.

Planetlərin qarşıdurması onların mərkəzlərinin eyni xətt üzərində olduğu konfiqurasiyadır. Yer Günəşlə Saturn planetinin arasında - işığın əks istiamətində yerləşir. Hazırda Saturnun parlaqlığı demək olar ki, sıfıra çatır (+0,57 m), sabah isə planetin görünən diametri 19,2 qövs-saniyə olacaq.

Paylaş: