Astronomlar kosmosda su molekulları aşkar ediblər – Tədqiqat
Habbl kosmik teleskopundan istifadə edən astronomlar Yerdən 97 işıq ili uzaqlıqda ekzoplanetin atmosferində su molekulları aşkar ediblər.
Fhnews.az CNN telekanalına istinadla xəbər verir ki, GJ 9827d adlı planetin diametri Yerdən təxminən iki dəfə böyükdür və araşdırmaya görə, bu, atmosferində su buxarı olan ən kiçik ekzoplanetdir. Astronomlar qeyri-adi dünya atmosferinin əsl mahiyyətini hələ də aşkar edə bilməsələr də, Günəş sistemindən kənarda olan planetlərin mənşəyini anlamağa çalışdıqları üçün əlavə araşdırmalara yenidən başlayıblar.
Tapıntılar “The Astrophysical Journal Letters” jurnalında dərc olunan hesabatda yer alıb. Məlumatda qeyd olunub ki, Almaniyanın Heydelberq şəhərindəki Maks Plank Astronomiya İnstitutunun ekzoplanetlərin atmosfer fizikası departamentinin direktoru, tədqiqatın həmmüəllifi Laura Kreidberq bu planetdə suyun kəşfinin əlamətdar hadisə olduğunu və bu ixtiranın həmişəkilərdən fərqli olaraq, Yerə bənzər dünyaları araşdırmağa daha çox imkan verdiyini bildirib.
Monreal Universitetinin doktorantı, tədqiqatın aparıcı müəllifi Pierre-Aleksis Roy verdiyi açıqlamada bildirib ki, Kanzas ştatının baş müstəntiqi İan Krosfildin rəhbərlik etdiyi müşahidə proqramı təkcə planetin atmosferindəki molekulları aşkar etmək üçün deyil, həm də su buxarını axtarmaq məqsədi ilə xüsusi olaraq hazırlanıb.
Astronomlar su və digər molekul növlərini axtarmaq üçün artıq Vebb teleskopu ilə GJ 9827d-ni müşahidə ediblər və bu məlumatlar gələcəkdə paylaşılacaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...