22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Astarada bir nəfər dənizdə nəzarətsiz ərazidə batıb

24-08-2024
IMG

Fövqəladə Hallar Nazirliyinə Astara rayonunda nəzarətsiz ərazidə dənizdə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda batdığı ehtimal olunan Astara rayonu, Kjəbə qəsəbə sakini Həsənzadə Şamxal İdrak oğlunun FHN-in qüvvələri tərəfindən axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş: