22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Astara və Masallıda “Məşğulluğa dəstək layihəsi” ilə bağlı ictimai dinləmələr keçiriləcək

17-07-2024
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa dəstək layihəsi” çərçivəsində Astara və Masallı rayonlarında ictimai dinləmələr təşkil olunacaq.

Fhnews.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq.

İctimai dinləmələr iyulun 17-si saat 12:00-da Astara şəhər Ziya Bünyadov adına 2 nömrəli tam orta məktəbin binasında (Astara şəhəri, C.Cabbarlı küçəsi 4) və həmin gün saat 15:00-da Masallı Gənclər Evinin inzibati binasında (Masallı şəhəri, H.Əliyev prospekti 87A) keçiriləcək.

Paylaş: