Astanada keçiriləcək V Dünya Köçəri Oyunlarında 89 ölkə iştirakını təsdiqləyib
Sentyabrın 8-13-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək V Dünya Köçəri Oyunlarında iştirakını 89 ölkə təsdiqləyib.
Fhnews.az xəbər verir ki, bu barədə Qazaxıstanın turizm və idman nazirinin müavini Serik Jarasbayev bildirib.
Jarasbayevin sözlərinə görə, Oyunlarda iştirak üçün 2500-dən çox idmançının gəlməsi gözlənilir. Oyunların proqramına 21 idman növü daxildir ki, onların yarısını qazax, digərləri isə bir çox Türk ölkələrinin milli idman növləri təşkil edir.
Köçəri xalqların ənənəvi oyunlarına əsaslanan beynəlxalq idman yarışı olan Dünya Köçəri Oyunları UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...