22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Astanada hava limanları və dəmir yolu stansiyaları gücləndirilmiş iş rejiminə keçib

01-07-2024
IMG

İyulun 3-4-də Astanada təşkil olunacaq Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti zamanı paytaxtın hava limanları və dəmir yolu vağzallarında gücləndirilmiş və fasiləsiz iş rejimi təmin olunacaq.

Fhnews.az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Müntəzəm reyslər planlaşdırıldığı kimi həyata keçiriləcək. Sammit dövrü üçün əlavə əməliyyat və dispetçer heyəti cəlb edilib. Ehtiyat olaraq, 100-dən çox şəxs işə cəlb edilib. Paytaxt administrasiyasının nümayəndələri ilə yanaşı, xarici dil bilən könüllülər də işə dəvət olunur," - deyə nazirlik bildirib.

Qeyd edək ki, sammitin keçirilməsi ilə əlaqədar, Astana ətrafında blok-postlar qurulub, strateji obyektlər mühafizəyə alınıb və polis gücləndirilmiş iş rejiminə keçib.

Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Astanaya 16 ölkənin dövlət və hökumət başçılarının səfəri gözlənilir.

Paylaş: