Əsrlərlə müəmmalı şəkildə xarab olmayan yumurta alimləri heyrətə gətirdi
Britaniyanın Eylsberi şəhərində qazıntılar zamanı tədqiqatçılar yaşı 1700 il olan toyuq yumurtası aşkar ediblər.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, üçölçülü təsvirlər yaratmağa imkan verən mikrokompüterli tomoqrafiya üsulundan istifadə etməklə araşdırma aparılıb və yumurtanın hələ də həm sarısının, həm də ağının qorunduğu müəyyən edilib.
“Yumurtanın hələ də orijinal tərkibini saxlaması tamamilə inanılmazdır. Biz tərkibini görəndə heyrətə gəldik”, - deyə Oksford Arxeologiya layihəsindən Edvard Biddulf qeyd edib.
Alimlər hesab edirlər ki, yumurta romalıların dəfn mərasimində ayinin bir hissəsi kimi su çuxuruna atılıb.
Yumurta hazırda Eylsberidəki “Discover Bucks” muzeyində saxlanılır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...