22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Aşqarlar Kimyası İnstitutunda insan sağlamlığına töhfə verən beynəlxalq səviyyəli tədqiqatlar aparılır

11-09-2024
IMG

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlər planına uyğun olaraq növbəti maarifləndirmə seminarı keçirilib.

İnstitutdan verilən məlumata görə, seminarda icraçı direktor professor Əfsun Sucayev “Bitki ekstraktları əsasında canlı orqanizmlərin bəzi patoloji proseslərinə qarşı antioksidantların alınması və tədqiqində yeni yanaşmalar” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, institutun alimləri müştərək beynəlxalq tədqiqatlar çərçivəsində bitki ekstraktlarından alınan potensial dərman maddələrinin fizioloji fəallığının öyrənilməsinə geniş yer verirlər.

Professor Azərbaycan florasından bir çox bitkilərin ekstraktından alınan dərman təsirli maddələrin müfəssəl tədqiq edildiyini, mühüm nəticələr əldə olunduğunu və onların artıq nüfuzlu xarici jurnalda çap edildiyini və dünya alimlərinin diqqətini cəlb etdiyini vurğulayıb.

Ə.Sucayev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının flora örtüyünə aid daha çox dərman bitkilərinə rast gəlindiyini əsas gətirərək, yaxın hədəfdə bu istiqamətdə elmi tədqiqatların daha da genişləndiriləcəyini və hətta Qarabağ Universiteti ilə əməkdaşlıq məsələlərinin nəzərdən keçirildiyini qeyd edib.

İnstitutun elmi katibi doktoru Mehparə Səfərova, aparıcı elmi işçilər Məlahət Abbasova və Xuraman Əfəndiyeva mövzu ilə əlaqədar rəy və təkliflərinin bildiriblər.

Paylaş: