Aşıq Veysəlin "insanabənzər robotu" Samsunda konsert verib
Samsunda ozançılıq ənənəsinin ən böyük nümayəndələrindən olan xalq şairi Aşıq Veysəl Şatıroğlunun "insanabənzər robotu" səhnəyə çıxıb. Silikon və android heykəllər üzərində işləyən Adil Çelik tərəfindən təxminən 10 ay ərzində Aşıq Veysəlin fiziki xüsusiyyətlərinə uyğun olaraq hazırlanmış robot Samsun Böyükşəhər Bələdiyyəsi İncəsənət Mərkəzində təqdim edilib.
Aşıq Veysəlin insanabənzər robotunun içərisinə yerləşdirilən cihaz sayəsində süni intellektlə xalq mahnıları oxunub. Robot Cümhuriyyətin 100-cü ildönümü və Aşıq Veysəlin vəfatının 50-ci ildönümü münasibətilə hazırlanıb.
Robotun 5 xalq mahnısı oxuduğunu və bütün əzələ xüsusiyyətlərinə sahib olduğunu ifadə edən Çelik "Süni intellektlə işləyəcək daha bir neçə hissə var. Onları hələ tətbiq etməmişik, havanın istiliyinə görə tərləyə bilir. O, normal insan obrazında personajları əks etdirir.”-deyib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...