22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Aşağı Saksoniya daşqınlarla mübarizə üçün Bundesverdən kömək istəyir

30-12-2023

Bundesver (Almaniya Silahlı Qüvvələri) Almaniyanın şimal-qərbindəki Aşağı Saksoniya federal əyalətinin su basmış ərazilərində fövqəladə xidmətlərə kömək etməyə hazırlaşır.

Fhnews.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı yazıb.

Nəşrin məlumatına görə, Hannover hakimiyyəti ərazi komandanlığına kömək üçün sorğu göndərib. Nəticədə altı helikopter hazır vəziyyətə gətirilib. Helikopterlər bəndlərin qorunmasına kömək etmək üçün nəzərdə tutulub. Bəndlər dağılarsa, helikopterlər tikinti materialları olan konteynerləri yerə atacaq. Məqsəd bəndlərin dağılmasının qarşısını almaq və su axınını yavaşlatmaqdır.

Bir çox ərazidə xilasedicilər artıq nəqliyyat vasitələri ilə bəndlərə yaxınlaşa bilmirlər. Bundan əlavə, lazım gələrsə, Bundesver materialların daşınmasına və insanların təxliyəsinə də kömək göstərəcək.

Bundan əvvəl, Aşağı Saksoniya Daxili İşlər Nazirliyinin rəhbəri Daniela Berens demişdi ki, daşqından demək olar, bütün bölgə zərər çəkib. O, bəndi möhkəmləndirmək üçün istifadə olunan qum torbalarını oğurlayanları da tənqid edib.

DPA qeyd edib ki, Aşağı Saksoniyada bir çox çayda suyun səviyyəsi maksimum həddi keçib, xüsusən də ştatın cənub hissəsində. Celle rayon rəhbərliyi bəzi küçələrdə suyun səviyyəsinin 40-50 santimetrə çatmasından sonra təhlükəsizlik məqsədilə elektrik enerjisinin verilişini müvəqqəti dayandırıb.

 

Etiketlər:
Paylaş: