Arxeoloqlar tütünün əsrlər boyu silinməyən təsirini aşkar ediblər
Arxeoloqların araşdırmaları nəticəsində məlum olub ki, tütünün siqaret çəkənlərin sümüklərində təkcə ömrü boyu deyil, ölümündən sonra da əsrlər boyu qalıcı izlər buraxır. Leiçester Universitetinin tədqiqatçıları Britaniyada 12-19-cu əsrlər arasında dəfn edilmiş insan qalıqlarını araşdıraraq, tütünün sümüklərə dərin təsirini və sınıq riskinin artması kimi şərtlərlə əlaqəsini aydınlaşdırıblar.
Fhnews.az “The İndependent” nəşrinə istinadla xəbər verir ki, tədqiqat tütünün Qərbi Avropaya 500 il əvvəl gəlməsinin insanların skelet quruluşunda necə əhəmiyyətli dəyişikliklərə səbəb olduğunu üzə çıxarıb.
Skeletin tütün çəkənə aid olub-olmadığını müəyyənləşdirmək üçün arxeoloqlar qəlyan istifadəsi ilə bağlı ləkələri və ya aşınma əlamətlərini aşkarlamaqdan ötrü adətən dişlərdə izlər axtarırdılar. Bununla belə, bu üsul tez-tez dişlərin əskik olduğu və ya qalmadığı hallarda disfunksional olub. Leiçester Universitetinin komandası məlum tütün istifadəçilərinin və naməlum siqaret tarixçəsi olanların sümüklərə güc verən sıx xarici təbəqəsi olan 323 kortikal sümüyünü araşdırıb. Tədqiqatçılar kütlə spektroskopiyasından istifadə edərək sümüklərin molekulyar quruluşunu araşdırıblar və tütün çəkənləri çəkməyənlərdən fərqləndirən 45 fərqli molekulyar xüsusiyyət müəyyənləşdiriblər.
“Science Advances” jurnalında dərc olunan araşdırmada qeyd olunub: “İnsan skeletinin arxeoloji qalıqları keçmiş patoloji və sağlamlıqla bağlı vəziyyəti, o cümlədən tütün istifadəsi ilə bağlı xəstəlikləri araşdırmaq üçün bilavasitə istifadə oluna bilən sübutlar təqdim etmək potensialına malikdir”.
Araşdırmanın həmmüəlliflərindən biri olan doktor Sara İnskip bildirib ki, araşdırma keçmiş tütün çəkənlərin və çəkməyənlərin sümüklərində molekulyar xüsusiyyətlərdə nəzərəçarpacaq fərqlər olduğunu nümayiş etdirir: “Nəticələr tütündən istifadənin skelet quruluşumuza təsir etdiyini göstərir. Davam edən tədqiqatımız bu fərqlərin necə yarandığını anlamaq məqsədi daşıyır ki, bu da tütündən istifadənin bəzi dayaq-hərəkət sistemi və diş xəstəlikləri üçün nə qədər risk yaratdığı barədə biliklərimizə təsir edə bilər. Siqaretin yumşaq toxumalara və orqanlara zərərli təsiri (məsələn, ağciyər, sidik kisəsi və qırtlaq xərçəngi, həmçinin insult və koronar arteriya xəstəliyi riskini artırır) geniş şəkildə qeyd olunsa da, onun sümüklərə təsiri az öyrənilib. Siqaret çəkmə aşağı sümük sıxlığı, sınıq riskinin artması və periodontit kimi sümüklə əlaqəli risklər doğurur. Bu tədqiqat təkcə siqaretin tarixən yayılmasına işıq salmır, həm də tütünün insan sağlamlığına geniş və davamlı təsirini nümayiş etdirir, həmçinin geniş yayılmış bu vərdişin skeletə təsiri haqqında dəyərli fikirləri ortaya çıxarır”.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...