Arxeoloqlar Çində dünyanın ən qədim pendirini aşkar ediblər
Arxeoloqlar Çindəki qəbiristanlıqda dünyanın ən qədim pendirini tapıblar. Tunc dövrünə aid bir əkinçinin məzarından tapılan və yaşı 3600 il olduğu təxmin edilən pendirin inək və keçi südündən hazırlandığı müəyyən edilib. Bu pendirin məşhur probiotik kefirin ilk nümunələrindən biri ola biləcəyi düşünülür.
Çin Elmlər Akademiyasının professoru Qiaomei Fu deyib ki, bu kəşf bizə əcdadlarımızın qidalanma vərdişlərini və mədəniyyətini daha yaxşı anlamağa kömək edə bilər. Pendir nümunələri Çinin şimal-qərbindəki Tarım hövzəsi səhra bölgəsindəki məzarlarda tapılıb. “Biz bu texnologiyadan istifadə edərək, əvvəllər naməlum olan digər artefaktları kəşf etməyə ümid edirik" -deyən professor Fu əlavə edib ki, bütün dünyada tarixdən əvvəlki pendirin izləri tapılsa da, bunlar adətən alətlər və ya saxsı qablardakı kimyəvi qalıqlardır. Buna əsasən insanların 7000 ildən çox əvvəl pendir hazırlamağa başladığı təxmin edilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...