Artemida III Ay missiyası üçün hazırlanmış yeni skafandrların təqdimatı olub
“Axiom Space” və “Prada” ABŞ Aeronavtika və Kosmik Agentliyinin Artemis III proqramı çərçivəsində Ay səthinə çıxacaq kosmonatvlar üçün yeni skafandrlar təqdim edib.
Kostyumların istiliyi əks etdirən və astronavtları həddindən artıq yüksək temperaturdan və Ay tozundan qoruyan ağ materialdan hazırlanacağı bildirilib. Paltarların kölgəli yerlərdə ən soyuq mühitdə ən az iki saat dayanıqlı qalacağı, kosmonavtların təxminən səkkiz saat kosmosda gəzintilər edə biləcəkləri ifadə edilib.
Qeyd edək ki, NASA sözügedən giyimlərin ilk prototipini 2023-cü ilin martında fərqli rənglərdə paylaşmışdı.
Xatırladaq ki, NASA Aya dönüş layihəsi olaraq bilinən "Artemis Proqramı" ilə yenidən Aya kosmonavt göndərməyi hədəfləyir. Proqramın birinci mərhələsi olan "Artemis I" 2022-ci ilin dekabrında “Orion” kosmik gəmisi Ay ətrafında turdan sonra Yerə qayıtdıqda tamamlanıb.
“Orion” kosmik gəmisinin ilk ekipajlı missiyası olan "Artemis II" missiyasında astronavtların Aya enmədən Yerə qayıtmaları planlaşdırılır. Kosmik gəmi ilə bağlı təhlükəsizlik narahatlığı, həmçinin astronavtların kostyumları və eniş vasitələri ilə bağlı problemlər səbəbindən 10 günlük səyahət 2025-ci ilin sonuna qədər təxirə salınıb.
Hər şey planlaşdırıldığı kimi getsə, proqramın son mərhələsi olan “Artemis III” missiyası 2026-cı ildə həyata keçirilə bilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...