Arktikada temperaturun yüksəlməsi qütb ayılarının xəstəlik riskini artırır
Arktikada temperaturun yüksəlməsi qütb ayılarının viruslara, bakteriyalara və parazitlərlə yoluxma riskini artırır.
Fhnews.az xəbər verir ki, aparılan araşdırmaların nəticəsində məlum olub ki, 30 il öncə bu canlıların rastlaşmadığı xəstəliklərə yoluxma ehtimalı indi xeyli artıb. Tədqiqatçılar Alyaska və Rusiya arasında yerləşən Çukçi dənizində yaşayan ayıların qan nümunələrini analiz ediblər və bunun temperaturun yüksəlməsi, buzların əriməsi ilə necə əlaqəli ola biləcəyinə araşdırıblar. Araşdırmaya dair nümunələr 1987-1994-cü illər arasında toplanıb, daha sonra isə 30 il sonra, yəni 2008-2017-ci illərdə yenidən araşdırılıb.
Tədqiqatçılar aşkar ediblər ki, son dövrlərə aid qan nümunələrinin xeyli hissəsində ayıların beş virus, bakteriya və ya parazitdən biri ilə yoluxduğunu göstərən kimyəvi izlər var. ABŞ Geoloji Tədqiqat Xidmətindən bioloq Dr. Karin Rod bunun bütün Arktika ekosistemində nəyinsə dəyişdiyini göstərdiyini deyib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...