22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Arı zəhərinin şiş hüceyrələrinə dağıdıcı təsiri laboratoriya şəraitində sübut edildi

03-01-2024

Türkiyənin Düzce Universitetinin Arıçılıq Araşdırma, İnkişaf və Tətbiq Mərkəzinin alimləri arı zəhərinin tərkibindəki aktiv maddənin beyindəki şiş hüceyrələrini məhv etdiyini göstərən bir araşdırma ortaya çıxarıblar.

Alimlər 2 ildən artıqdır ki, arılardan əldə etdikləri məhsullarla müxtəlif xəstəliklərə qarşı profilaktik və ya qoruyucu məhsullar təmin edirlər. Bu çərçivədə Arıçılıq Araşdırma, İnkişaf və Tətbiq Mərkəzinin direktoru Meral Kekeçoğlunun rəhbərliyi ilə arı zəhərinin beyindəki şişkin hüceyrələrə təsiri ilə bağlı eksperimental araşdırma aparan akademiklər “Qlioblastoma müalicəsində arı zəhərinin antitümör təsirinin molekulyar mexanizmi” layihəsini hazırlayıblar.

Düzce və Bolu Abant İzzet Baysal Universitetlərinin tibb və biologiya fakültəsi alimləri tərəfindən həyata keçirilən ənənəvi tamamlayıcı tibb layihələri çərçivəsində arı zəhərinin xərçəng hüceyrələrinə dağıdıcı təsirini göstərən araşdırmada laboratoriya mərhələsində uğurlu nəticələr əldə edilib.

Paylaş: