Argentinada bu il denge qızdırmasına yoluxan insanların sayı yarım milyonu keçib
Argentinada bu il yarım milyondan çox insan denge qızdırmasına yoluxub ki, bu da ötən illə müqayisədə 3,26 dəfə çox yoluxma deməkdir.
Fhnews.az xəbər verir ki, Argentina Səhiyyə Nazirliyinin Milli Epidemioloji Bülleteninə görə, ən çox yoluxma halı Mərkəzi bölgədə qeydə alınıb. Burada yoluxma ümumi sayın 61,9 faizini təşkil edir, ikinci yerdə 22,8 faizlə Şimal-Qərb bölgəsi və 13,1 faizlə Şimal-Şərq bölgəsidir.
Xəstəlik Cənubi Amerika ölkəsinin 24 rayonundan 19-da yayılıb və bu mövsüm ümumilikdə 365 nəfərin ölümünə səbəb olub.
Ölümlər bütün yaş qrupları arasında baş verib, lakin ən yüksək nisbət 80 və ya daha yuxarı yaşda olanlar arasında müşahidə edilib. Bülletendə deyilir ki, ölüm halları arasında ən çox görülən əlamət və simptomlar qızdırma, başağrısı, ürəkbulanma, qusma, ishal və qarın ağrısıdır.
Prioritet rayonlarda, əsasən, 15-39 yaş arası insanlar üçün peyvənd kampaniyasına start verilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...