Argentinada bu il 488 min nəfər denge qızdırmasına yoluxub
Argentinada bu ilin ilk beş ayı ərzində denge qızdırmasına 488 mindən çox yoluxma halı aşkar edilib, bu da 2023-cü illə müqayisədə 3,35 dəfə çoxdur.
Fhnews.az xəbər verir ki, Argentina Səhiyyə Nazirliyinin məlumatına görə, ən çox yoluxma ölkənin mərkəzi hissəsində qeydə alınıb. Xəstəlik 24 rayonun 19-da yayılıb və il ərzində denge qızdırması ümumilikdə 343 nəfərin ölümünə səbəb olub.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yer kürəsi əhalisinin təxminən yarısının (129 ölkə) denge qızdırmasına yoluxma riskinə məruz qaldığı bildirilib. ÜST-ün qiymətləndirmələrinə görə, hər il bu xəstəliyə 100-400 milyona qədər yoluxma halı baş verir.
Denge qızdırması insanlara ağcaqanadlar vasitəsilə ötürülən ən çox yayılmış infeksiyasıdır. Virusa yoluxanların əksəriyyətində heç bir simptom olmur və onlar bir-iki həftəyə sağalır. Lakin bəzi insanlarda xəstəlik ağır formada keçir və stasionar müalicə tələb edilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...