22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Argentina hökuməti soyuq havaya görə qaz tədarükünü dayandırıb

25-05-2024
IMG

Argentina müəssisələrinə ölkənin bəzi bölgələrində soyuq hava səbəbindən qaz tədarükünü dayandırmaq üçün hökumət tərəfindən göstəriş verilib.

Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, “Clarin” nəşrinin məlumatına görə, qaz tədarükünün müvəqqəti dayandırılması barədə bildirişlər tekstil müəssisələrinə və plastik məhsulların istehsalçılarına göndərilib. Tədarükün dayandırılması qərarı səlahiyyətli orqanlara yüksək tələbat səbəbindən qazın kütləvi şəkildə bağlanmasının qarşısını almağa və prioritet obyektləri mavi yanacaqla təmin etməyə imkan yaradacaq.

Bundan əlavə, hakimiyyət orqanları tədarükün müvəqqəti dayandırılmasının yanacaqdoldurma məntəqələrinə də təsir edəcəyini bildiriblər. Məlumatda qeyd edildiyi kimi, bu tədbirlərin görülməsinin səbəbi maliyyə çatışmazlığı, Boliviyadan qaz tədarükünün azalması və yüksək tələbatın səbəb olduğu qaz sisteminin zəifləməsi ilə əlaqədardır.

Ölkənin milli meteoroloji xidmətinin məlumatına görə, paytaxt Buenos-Ayresdə havanın temperaturu 2 dərəcəyə qədər enə bilər.

Paylaş: