Ərdoğan: “F16” tələbimizin müsbət nəticələnməsindən məmnunuq
ABŞ ilə bir müddətdir davam etdirdiyimiz “F16” tələbimizin müsbət nəticələnməsindən məmnunuq. Türkiyə Müdafiə Sənayesi məhdudiyyətlərin aradan qaldırılması ilə bundan sonra daha sürətlə inkişaf edəcək.
Fhnews.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin növbəti hökumət toplantısından sonra açıqlamasında deyib.
Bildirilib ki, ölkədaxili və xarici məsələlərin müzakirə olunduğu toplantının əsas başlığı zəlzələ bölgəsində davam edən yenidənqurma işləri olub.
Qlobal gərginliklərin dünya iqtisadiyyatına mənfi təsirlərindən bəhs edən Ərdoğan deyib ki, inkişaf etmiş və etməkdə olan ölkələrin böyük bir qismi siyasi qeyri-müəyyənliklər və buna bağlı sosial təhlükələrlə üzləşir. Dünyada təsirini davam etdirən bütün bu hadisələrə baxmayaraq, Türkiyə hədəfləri istiqamətində qətiyyətlə irəliləyir.
Türkiyədə turizm sahəsi üzrə tarixi rekorda imza atıldığını deyən Ərdoğan bildirib ki, 2023-cü ildə ölkənin bu sahə üzrə gəliri 17 faiz artaraq, 54 milyard 315 milyon dollara yüksəlib. Ötən il Türkiyəni 57 milyon turist ziyarət edib. Bu il üçün hədəf 60 milyon turist və 60 milyard dollar gəlir əldə etməkdir.
Qeyd olunub ki, Türkiyə son dövrlərdə ixracatda əldə etdiyi yüksəlişi yanvar ayında da davam etdirib. Belə ki, yanvar ayında ixracat rəqəmləri ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artaraq 20 milyard dollar olub. Bu da Türkiyə tarixinin yanvar ayı üzrə ən yüksək göstəricisidir.
Terrorla mübarizəyə toxunan Türkiyə Prezidenti qeyd edib ki, qarşıdan gələn yay aylarında “Pəncə” əməliyyatı bölgəsində istehkam işləri əhəmiyyətli dərəcədə başa çatdırılacaq və bununla da daha təsirli tədbirlər görmək imkanı yaranacaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...