Ərdoğan: Azərbaycan ilə Ermənistan arasında imzalanacaq sülh müqaviləsi region üçün tarixi fürsətdir
Azərbaycan ilə Ermənistan arasında imzalanacaq sülh müqaviləsi region üçün tarixi fürsətdir. Mərkəzi dəhlizin onurğa sütunu olan Bakı-Tbilisi-Qars dəmir yolunun yenidən tam gücü ilə fəaliyyətə başlaması istiqamətində işlərimizi davam etdiririk.
Fhnews.az xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə mətbuat konfransında ifadə edib.
İki dost ölkə olaraq məhsuldar görüş keçirdiklərini bildirən Ərdoğan ölkələr arasındakı münasibətlərlə yanaşı, beynəlxalq və regional məsələlər, eləcə də bölgəmizdəki son hadisələr ətrafında fikir mübadiləsi apardıqlarını deyib.
Türkiyənin Gürcüstana güclü dəstəyini bir daha vurğulayan Ərdoğan başda FETÖ və PKK olmaqla terror təşkilatları, mütəşəkkil cinayət şəbəkələrlə mübarizəni daha təsirli edəcək addımlara diqqət yetirdiklərini qeyd edib. Bildirilib ki, iki ölkə arasında ticarət həcmi ilə bağlı hədəf 5 milyard dollar müəyyən edilib. Türkiyə Gürcüstanın hava limanları, limanlar, yollar kimi böyük infrastruktur layihələrinə dəstək verəcək.
Gürcüstandakı daxili siyasi vəziyyətlə bağlı Baş nazirin fikirlərini bildirdiyini deyən Ərdoğan Türkiyə olaraq hadisələrin Gürcüstan xalqı üçün müsbət nəticələnəcəyinə ümid etdiklərini deyib.
Türkiyə ilə sıx münasibətlərin ölkəsi üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan Baş nazir qardaş ölkənin ticarət sahəsi üzrə Gürcüstanın əsas əməkdaşı olduğunu vurğulayıb.
Gürcüstanın daima bölgə və Qafqaz ölkələrinin sülh içində yaşamasını dəstəklədiyini qeyd edən Kobaxidze bu baxımdan Azərbaycan ilə Ermənistan arasında imzalanacaq sülh müqaviləsini bölgə üçün olduqca vacib bir inkişaf mərhələsi kimi qiymətləndirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...