Araşdırma: Yataq otağındakı bitkilər sağlamlıq üçün çox vacibdir
Yataq otağındakı bitkilər sağlamlıq üçün çox vacibdir.
Fhnews.az xarici KİV-lərə istinadla xəbər verir ki, NASA və Amerika Kolleci bununla bağlı araşdırma aparıb.
Araşdırmaya əsasən, soyuqdəymə, yuxusuzluq üçün yataq otaqlarında saxlanması lazım olan bitkilər müəyyən edilib. NASA-ya görə, yataq otağında mütləq üç bitki - aloe vera, ingilis sarmaşığı və areka palmasının olması əhəmiyyətlidir.
Bəzi bitkilər bağçada gözəl görünsə də, evdə də faydalı ola bilir. Mütəxəssislər uzun müddətdir ki, otaq bitkilərinin faydalarından danışırlar. Onların fikrincə, yatağın yanında bir neçə bitkinin olması yuxu və sağlamlıq üçün olduqca faydalıdır. Bu, yalnız havanın çirklənməsini aradan qaldırmır, həm də stress və narahatlığı xeyli azaldır.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...