22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Araşdırma: Çernobılda sağ qalan vəhşi heyvanlar insanlar üçün ümid ola bilər

13-02-2024

Çernobıl bölgəsində yaşayan vəhşi heyvanlar yüksək səviyyəli radiasiyaya uyğunlaşaraq sağ qala biliblər.

Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, Prinston Universitetinin bioloq və ekotoksikoloqu Cara Love canavarların radioaktiv mühitdə sağ qalmaq üçün necə təkamül keçirdiklərini araşdırır.

Dünya tarixində ən dəhşətli nüvə qəzası 1986-cı ildə Çernobıl Elektrik Stansiyasında nüvə reaktorunun partlaması ilə baş verib. Partlayış nəticəsində ətraf mühitə xərçəng yaradan radiasiya sızdıqdan sonra insanlar ərazini tərk ediblər. Radiasiyaya daha çox məruz qalmamaq üçün partlayışdan zərər çəkmiş ərazi məftillərlə əhatə olunub və yaşayış üçün yararsız zona elan edilib.

Nüvə fəlakətindən sonra, təxminən 38 il ərzində təbiət bu ərazini, həmçinin radiasiyanın təsirinə məruz qalmamış canavar sürülərinin burada yaşamasına səbəb olub. 2014-cü ildə C.Love və onun həmkarları Çernobıla daxil olublar və vəhşi canavarlara radiasiya dozimetrləri ilə quraşdırılmış GPS yaxaları taxıblar. Bundan başqa, xərçəngə səbəb olan radiasiyaya reaksiyalarını anlamaq üçün heyvanlardan qan nümunələri də götürülüb. Xüsusi yaxalar tədqiqatçılara real vaxt rejimində canavarların harada olduğunu və onların nə qədər radiasiyaya məruz qaldığını izləməyə imkan verib. Nəticədə, canavarların həyatları boyu gündə 11,28 millirem radiasiyaya məruz qaldıqları məlum olub. Bu nisbət insanlar üçün təhlükəsizlik limitindən altı dəfə çoxdur.

Tədqiqatçılar Çernobıldakı canavarların immun sistemlərinin adi canavarlardan fərqli göründüyünü və radiasiya müalicəsi alan xərçəng xəstələrinin immun sistemlərinə bənzədiyini müşahidə ediblər. Onlar canavar genomunun “artan xərçəng riskinə davamlı” görünən xüsusi bölgələrini müəyyənləşdiriblər. Tədqiqat insanlarda gen mutasiyalarının xərçəngdən sağ qalma şansını necə artıra biləcəyini öyrənmək üçün əsas ola bilər.

Paylaş: