Aralıq dənizinin mirvarisi ingilisləri təəccübləndirdi
Dünyada ən çox ziyarət edilən dörd şəhərdən ikisi Türkiyədədir. Britaniyanın BBC telekanalı dünyanın ən çox ziyarət edilən dörd şəhərindən ikisinin Türkiyədə olduğuna diqqət çəkib. Antalyanın bir çox dünya şəhərlərindən daha çox turist qəbul etdiyi vurğulanıb. Ümumdünya Turizm Təşkilatının məlumatına görə, beynəlxalq səyahətlər 90 % pandemiyadan əvvəlki səviyyəyə çatıb və əksər beynəlxalq səyahətçilərin fikrində ortaq bir istiqamət var: Türkiyə...
“Stacey Leasca” tərəfindən Britaniyanın BBC telekanalında verilən təhlildə bildirilir ki, dünyanın ən çox ziyarət edilən dörd şəhərindən ikisi Türkiyədədir: İstanbul və Antalya.
Hesabata görə, İstanbul 2023-cü ildə beynəlxalq ziyarətçi sayında əvvəlki ilə nisbətən 26% artımla siyahıya başçılıq edərkən, London ikinci (17% artım) və Dubay üçüncü (18% artım) olub. Euromonitor International hesabatına görə, Antalya 2022-ci ilə nisbətən 2023-cü ildə beynəlxalq ziyarətçilərin sayında 29% artım yaşayıb.
BBC vurğulayır ki, Avropanın əhalisinə görə ən böyük şəhəri olan İstanbulun siyahıya başçılıq etməsi, Antalyanın isə Paris (2,1 milyon), Honq-Konq (7,4 milyon) və Nyu York (8,5) kimi böyük şəhərləri geridə qoyması təəccüblü deyil. Şəhərlərin öz əhalisindən qat-qat böyük izdihamı, 16,5 milyon beynəlxalq ziyarətçiyə ev sahibliyi etmək imkanları ilə Antalyanı “adsız qəhrəman” kimi xarakterizə edən BBC Antalyanın uzun müddətdir almanlar, ruslar və ingilislər üçün məşhur səyahət məkanı olduğuna diqqət çəkib.
Qeyd edək ki, Türkiyə Statistika Təşkilatının məlumatına görə, 2022-ci ildə sağlamlıq turizmi üçün Türkiyəyə təxminən 1,2 milyon insan səfər edib ki, bu da 2021-ci illə müqayisədə 308 % artım deməkdir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...