22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Aralıq dənizində suyun yüksək temperaturu dəniz canlılarına mənfi təsir göstərir

23-08-2024
IMG

Alimlərin fikrincə, əgər iqlim dəyişikliyi olmasaydı, Aralıq dənizində həddindən artıq isti hava dalğasının baş verməsi qeyri-mümkün olardı. Türkiyəli alim, professor  Mehmet Gökoğlu Aralıq dənizində son vaxtlar yüksək dəniz suyunun istiliyinin bəzi dəniz canlılarını məhv etdiyini, yerli növlərin populyasiyasının azaldığını və Qırmızı dəniz növlərinin sahillərdə üstünlük təşkil etməyə başladığını bildirib.Antalyada hazırda dəniz suyunun hərarətinin 31-32 dərəcə arasında olduğunu bildirən Gökoğlu əlavə edib ki, keçən il bu göstərici 31 dərəcə civarında idi. Bu temperatur Aralıq dənizi üçün çox yüksəkdir. Dəniz suyundakı bu artım Aralıq dənizinin getdikcə tropik hala gəldiyini göstərir. İsti qış ayları, ani yağışlar və fırtınalarla iqlim dəyişikliyi görürük. Alim bu temperatur artımının dənizdəki bütün canlılar üçün risk yaratdığını və bəzi növlərin nəsli kəsilə biləcəyini bildirib.Bölgədə balıq növlərində dəyişiklik olduğunu bildirən Gökoğlu bunları deyib:"Yüksək temperatur sahilyanı ərazilərdə və dayaz sularda bəzi canlıların nəslinin kəsilməsinə, bir çox yerli növlərimizin populyasiyasının azalmasına səbəb olub. Məsələn, sahillərimizdə forskali kefal görünməyə başlayıb.Bu, Qırmızı dəniz növləridir. Biz də buna bənzər dəyişiklikləri müşahidə edirik.”

Yüksək istilər Posedonia çayırlarını da öldürür.Bu çayırlar Aralıq dənizinin Amazon meşələri sayılır. Təbii ki, çirklənmənin də bunda təsiri var. Bu mühitin məhvi  digər canlılara da mənfi təsir edəcək. Gökoğlu bildirib ki, ilk növbədə qlobal istiləşmənin qarşısını almaq, qalıq yanacaqlardan imtina etmək, meşə sahələrini qorumaq üçün lazımi tədbirlər görülməlidir.

Paylaş: