Aralıq dənizində sualtı qazıntılar zamanı 3600 illik tunc xəncər tapılıb.
Aralıq dənizində sualtı qazıntılar zamanı 3600 illik tunc xəncər tapılıb.
Türkiyənin Mədəniyyət və Turizm naziri Məhmət Nuri Ersoy Antalyanın Kumluca rayonu sahillərində aparılan sualtı qazıntılarda Girit-Mino sivilizasiyasına aid gümüş pərçimli 3600 illik tunc xəncərin tapıldığını açıqlayıb. Ersoy sosial media hesabından verdiyi açıqlamada Aralıq dənizinin dərinliklərindəki 3600 illik sirrin üzə çıxdığını bildirib və paylaşımında belə yazıb:
"Antaliyanın Kumluca rayonu sahillərində aparılan sualtı qazıntılar zamanı Girit-Mino sivilizasiyasına aid gümüş pərçimli tunc xəncər tapılıb. Bu, dünyanın sualtı arxeologiyası Aralıq dənizinin dərinliklərində gizlənmiş sivilizasiyaların ən əhəmiyyətli kəşflərindən biridir."
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...