Aralıq dənizində rekord istilər qasırğalara səbəb ola bilər
Mütəxəssislər xəbərdarlıq ediblər ki, Aralıq dənizində dəniz suyunun temperaturu rekord həddə çatıb və bu, okeanlarda qasırğalara səbəb ola bilər.
Orta Doğu Texniki Universiteti (ODTÜ) Dəniz Elmləri İnstitutunun professoru Barış Salihoğlunun fikrincə, Aralıq dənizi iqlim dəyişikliyindən ən çox təsirlənən bölgədir. İqlim dəyişikliyinin Aralıq dənizinin səth sularının temperaturlarına təsirinə toxunan Salihoğlu son 40 ildə Mersin və İskəndərun körfəzi kimi bölgələrdə 2 dərəcədən çox artım müşahidə etdiklərini deyərək əlavə edib ki, Aralıq dənizində temperatur artımı orta hesabla 1 dərəcədir. Eyni şəkildə Antalya körfəzi sahillərində də 1,5 dərəcə istilik artımı yaşanır.
Dekabrın ortalarında dəniz səthi suyunun istiliyinin Mersin körfəzində 22 dərəcə, İskəndərun və Antalya körfəzlərində isə 21,5 dərəcə olaraq ölçüldüyünü bildirən Salihoğlu bu dəyərlərin bu dövrdə ölçülən ən yüksək dəyərlər olduğunu deyib.
Yanvar ayında rekord dəyərlərin ölçüldüyünü ifadə edən Salihoğlu bildirib ki, bu il İskəndərun, Mersin və Antalya körfəzlərində yanvar ayında 19 dərəcə olan orta temperatur 20 dərəcəyə yüksəlib:
"Dərin dəniz ümumiyyətlə balanslaşdırılmış bir quruluşa malikdir, hətta kiçik temperatur dəyişiklikləri belə bütün quruluşa təsir göstərir. Daha qorxulusu odur ki, Aralıq dənizində böyük cərəyan sistemlərindəki ümumi dövrələr kimi dövrələr var. Bu dövrələr temperaturun artması ilə tədricən dəyişəcək.Bu vəziyyət ekosistem üçün daha da təhlükəli səviyyəyə çatacaq, çünki artan temperatur canlıların yaşayış yerlərini dəyişməsi ilə nəticələnə bilər."
Salihoğlu iqlim dəyişikliyinin dənizdə turşulaşmaya səbəb olduğunu, bunun xüsusilə tərkibində kalsium olan növlərin quruluşunu dəyişməsinə və ya ölməsinə, hətta balıqların köç və çoxalma vərdişlərini belə dəyişdirdiyini bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...