Aral dənizinə 200 milyon kubmetr su doldurulub
Qazaxıstanın Kızılorda vilayətinin aqrar müasir texnologiyalar vasitəsilə 200 milyon kubmetr suya qənaət edərək Aral dənizinə doldurublar.
Fhnews.az Qazaxıstan Respublikasının Su Təsərrüfatı və Suvarma Nazirliyinə istinadla xəbər verir ki, bu il rayonun fermerləri Kızılorda vilayətində 84 min hektar çəltik sahəsinin 55 min hektarında suya qənaət edən texnologiyalar tətbiq ediblər.
2024-cü ilin suvarma mövsümündə dənizə 1 milyard kubmetrə yaxın su doldurulub ki, bu da ötən illə müqayisədə 3 dəfə çoxdur. İlin əvvəlindən isə Aral dənizinin şimal hissəsinə 2 milyard kubmetrə yaxın su daxil olub. Hazırda dənizdə suyun ümumi həcmi 22 milyard kubmetrə çatıb.
Qazaxıstanın su təsərrüfatı və irriqasiya naziri Nurjan Nurcigitov Aral dənizinin doldurulmasında suya qənaət edən texnologiyaların tətbiqinin vacibliyini vurğulayıb. O, bu məqsədlə fermerlərin xərcləri üzrə subsidiyanın 50 faizdən 80 faizə qədər artırılacağını açıqlayıb. Eyni zamanda, növbəti üç il ərzində suya qənaət edən texnologiyalardan istifadə edən təsərrüfatlara verilən subsidiyaların məbləği də 85 faizə çatdırılacaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...