22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

AQTİ növbəti laboratoriyalararası səriştəlilik sınağının nəticələrini açıqlayıb

02-08-2024
IMG

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqları çərçivəsində həyata keçirdiyi növbəti - bal nümunəsində HMF, nəmlik və diastaza ədədinin təyini müayinəsi üzrə nəticələr məlum olub.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səriştəlilik sınaqlarına qatılan 10 laboratoriya tərəfindən instituta təqdim edilən nəticələrə dair hesabat AQTİ-nin saytında (afsi.gov.az) yaradılan “Səriştəlilik sınaqları” adlı bölmədəki “Hesabatlar”da yerləşdirilib. Nəticələr konfidensiallığın qorunması məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanıb. İştirakçılar sayta daxil olaraq nəticələrlə tanış ola bilərlər.

Qeyd edək ki, səriştəlilik sınaqları sınaq laboratoriyalarının müayinə nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin olunması, həmçinin sınaq nəticələrinin keyfiyyətinin və personalın səriştəliliyinin artırılması məqsədilə təşkil edilir. Sınaqlar beynəlxalq ISO 17043 “Səriştəlilik sınaqlarına dair ümumi tələblər” standartına uyğun keçirilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriyaların sınaq nəticələri səriştəlilik sınaqları “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə uyğun olaraq keçirildikdə tanınır və etibarlı hesab edilir.

Paylaş: