AQTİ-nin laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarının maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi sahəsində mütəmadi olaraq tədbirlər həyata keçirilir, qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
Fhnews.az xəbər verir ki, İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Kompleks Tədqiqatlar Laboratoriyası (KTL) İngiltərənin “FAPAS” şirkəti tərəfindən yanvar ayında təşkil olunan bioloji aktiv qida məhsulu nümunəsində ağır metal və mineral analizləri, eyni zamanda yem nümunəsində ağır metalların qalıq miqdarının təyini üzrə səriştəlilik sınaqlarında iştirak edib. Laboratoriya hər iki sınaqda uğurlu nəticələr qazanıb.
KTL yem nümunəsində ağır metalların qalıq miqdarının təyini üzrə təşkil edilən səriştəlilik sınağında iştirak edən 34 laboratoriya arasında bütün parametrlər üzrə ən yüksək nəticə göstərən 3 laboratoriyadan biri olub.
Qeyd edək ki, KTL-də bioloji aktiv qida məhsulları, qablaşdırma materialları, baytarlıq preparatları, yemlər və aqrokimyəvi maddələrin mikrobioloji, toksikoloji və fiziki-kimyəvi analizləri aparılır. Laboratoriya Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən AZS ISO/IEC 17025:2020 beynəlxalq standartına uyğun akkreditasiyadan keçirilib və bütün analizlər beynəlxalq standartların tələblərinə uyğun aparılır.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...