AQTİ-də ölkənin biotəhlükəsizlik statusunun daim nəzarətdə saxlanılması üçün sınaqlar həyata keçirilir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyaları biotəhlükəsizliyin təmin olunmasında xüsusi rol oynayır.
Fhnews.az xəbər verir ki, institutun nəzdindəki beynəlxalq standartlara cavab verən 2-ci səviyyəli biotəhlükəsizlik laboratoriyaları paytaxt Bakıda və bölgələrdə fəaliyyət göstərir. Stasionar laboratoriyalarla yanaşı, səhra və səyyar tipli biotəhlükəsizlik laboratoriyaları da mövcuddur. Bu da xüsusi təhlükəli və ya zoonoz xəstəliklərin alovlanması zamanı hadisə yerində müayinələrin operativ şəkildə aparılmasında, həmçinin qabaqlayıcı və nəzarət tədbirlərinin görülməsində əvəzsiz rol oynayır.
Ölkədə biotəhlükəsizlik statusunun daim nəzarətdə saxlanılması məqsədilə laboratoriyalarda aparılan sınaqlar zamanı təcrid edilmiş xəstəlik törədicilərinin ştamları və genetik materialları AQTİ-nin Ştamlara nəzarət sektorunun daxilində təsis olunmuş kolleksiyada saxlanılır. Kolleksiyanın təsis edildiyi laboratoriya otaqları Ümumdünya Səhiyyə Təşkilatı və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələb və tövsiyələri nəzərə alınaraq müvafiq biotəhlükəsizlik səviyyəsinə uyğunlaşdırılıb. Kolleksiya ştamlardan laborator diaqnostikada, müxtəlif elmi tədqiqatlarda və gələcəkdə bioloji preparatların hazırlanmasında istifadəni təmin etmək məqsədilə yaradılıb. Ştam kolleksiyasında saxlanılan bioloji materiallara nəzarətin təmin olunması üçün Ştamlara Elektron Nəzarət Sistemindən istifadə edilir. Elektron sistemdə yaradılmış məlumat bazası üzərindən ştamların ümumi siyahısını, yararlılıq müddətini, aparılan bütün diaqnostik prosesləri izləmək və hesabatlar hazırlamaq mümkündür.
Biotəhlükəsizlik laboratoriyaları insan, heyvan və ətraf mühit üçün təhdid törədən yoluxucu, xüsusi təhlükəli və zoonoz xəstəliklərin təhlükəsiz və çevik şəkildə diaqnostikasını aparmaq və bu istiqamətdə tədqiqat işlərini həyata keçirmək üçün təsis olunub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...