AQTİ cari ildə keçiriləcək səriştəlilik sınaqlarının planını açıqlayıb
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını davam etdirir.
Fhnews.az xəbər verir ki, institutdan verilən məlumata görə, 2024-cü il ərzində həyata keçirilməsi nəzərdə tutulan “Səriştəlilik testlərinin planı” və laboratoriyaların həmin sınaqlarda iştirak etməsi üçün lazım olan sənədlər (“Müraciət forması”, “Nəticələrin qeydiyyat forması”) AQTİ-nin saytındakı (afsi.gov.az) “Səriştəlilik sınaqları” adlı bölmədə yerləşdirilib. Aprel, iyun, avqust, sentyabr və noyabr aylarında təşkil olunması planlaşdırılan sınaqlarla bağlı daha ətraflı məlumatlar müvafiq vaxtlarda İnstitutun saytında yayımlanacaq. İştirakçılar keçirilməsi nəzərdə tutulan ayrı-ayrı səriştəlilik sınaqları və onların proqramı ilə sayt vasitəsilə tanış ola biləcəklər. Onlar sınaqlarda iştirak etmək istədikdə, saytdakı müvafiq bölmədə yerləşdirilən “Müraciət forması”nı dolduraraq [email protected] elektron poçtuna göndərməlidirlər. Sınaqlar yekunlaşdıqdan sonra isə nəticələr “Nəticələrin qeydiyyat forması” doldurularaq eyni ünvana yollanmalıdır. Səriştəlilik sınaqlarının nəticələri sınaqlar yekunlaşdıqdan sonra 1 ay müddətində İnstitutun rəsmi saytında yerləşdiriləcək. Nəticələr konfidensiallığı qorumaq məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanacaq.
Qeyd edək ki, səriştəlilik sınaqlarında iştirakçıların fəaliyyəti laboratoriyalararası müqayisə yolu ilə əvvəlcədən müəyyən edilmiş meyarlara uyğun olaraq qiymətləndirilir. Sınaqlar "ISO/IEC 17043 Uyğunluğun Qiymətləndirilməsi-Səriştəlilik Sınaqlarına Ümumi Tələblər" standartı əsasında təşkil edilir və qiymətləndirmələr bu standartın tələblərinə əsasən beynəlxalq standartlara uyğun olaraq aparılır. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təşkil olunan sınaqların məqsədi isə özəl laboratoriyalar üçün səriştəliliklərini müstəqil şəkildə qiymətləndirmək imkanını yaratmaqdan ibarətdir.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...