AQTA: Şəmkirdə qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb
Qida Təhlükəsizliyi Agentliyi Şəmkirdə azyaşlı uşaqlar arasında dönərdən zəhərlənmə halları ilə bağlı yayılmış məlumatları araşdırıb və araşdırmanın nəticələrini yayıb.
Fhnews.az xəbər verir ki, Agentliyin ünvanladığı məlumatda deyilir: “Aparılan araşdırmalar zamanı bir sıra media səhifələrində Şəmkirdə müxtəlif vaxtlarda dönər qəbul etmiş şəxslərin zəhərlənmələri ilə bağlı yayılan məlumatlar öz təsdiqini tapmayıb. Belə ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən zərərçəkənlərə “dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit və kolit” diaqnozu qoyulub və hazırda xəstələrin ambulator yardım alaraq evə buraxıldığı məlum olub.
Həmçinin agentliyin mütəxəssisləri tərəfindən bu sahədə araşdırmalar davam etdirilir və araşdırmaların nəticəsi barədə məlumat veriləcək”.
Məlumatda daha sonra bildirilir: “Əlavə olaraq qeyd edək ki, vətəndaşlar zəhərlənmə halları ilə bağlı yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara etibar etməli, media vasitələri isə bu cür xəbərləri yaymazdan əvvəl müvafiq dövlət qurumları ilə məlumatı dəqiqləşdirməlidir”.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...