22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı, ixracı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşəcək

04-11-2024
IMG

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli hər həftənin IV günü saat 16:00-dan 18:00-dək Agentliyin inzibati binasında vətəndaşları qəbul edir. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı AQTA sədri ilə görüşə bilərlər. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bu çərçivədə növbəti qəbul bu həftənin IV günü, noyabrın 7-də unlu qənnadı məmulatlarının istehsalı, ixracı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlarla keçiriləcək.

Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərməklə [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

Paylaş: