AQTA sədri alkoqollu və alkoqolsuz içkilərin istehsalı, ixracı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüb
Oktyabrın 31-də alkoqollu və alkoqolsuz içkilərin istehsalı, ixracı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) inzibati binasında görüş keçirilib.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, agentliyin sədri Qoşqar Təhməzlinin keçirdiyi vətəndaş qəbulunda sahibkarların müraciət və təklifləri dinlənilib, aidiyyəti üzrə göstərişlər verilib. Həmçinin müvafiq sahədəki vəziyyət bir daha nəzərdən keçirilib, sahibkarlar mövcud qanunvericilik və tələblər barədə ətraflı məlumatlandırılıb. Qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin müvafiq tələblərə cavab verməsinin vacibliyi önə çəkilib.
Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı hər həftənin IV günü AQTA-da agentliyin sədri Qoşqar Təhməzlinin keçirdiyi vətəndaş qəbulunda iştirak edə bilərlər.
Xatırladaq ki, Q.Təhməzli ötən həftənin IV günü süd və süd məhsulları, ət və ət məhsulları, o cümlədən balıqçılıq sahələrində fəaliyyət göstərən sahibkarları qəbul edib.
AQTA sədri tərəfindən hər həftənin IV günü saat 16:00-dan 18:00-dək keçirilən görüşlərdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərməklə [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilər.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...