AQTA ilə ÜST və FAO arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri ilə görüşüb.
Fhnews.az xəbər verir ki, görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə qonaqları məlumatlandırıb.
Görüşdə daha sonra Kodeks Alimentarius Komissiyası çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib, “Dayanıqlı və yüksək səviyyədə təşkil olunmuş Milli Kodeks Sisteminin yaradılması üçün Azərbaycan Respublikasına dəstək” layihəsi üzrə həyata keçirilən işlər nəzərdən keçirilib. Həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkili, “Vahid Sağlamlıq” konsepsiyası və sağlam qidalanma ilə bağlı əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...