AQTA: İdxal olunan bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində "Novator Farma" MMC-nin İtaliyadan idxal etdiyi "Gricar Chemical S.r.l" müəssisəsinin istehsalı olan, ümumi sayı 15034 ədəd “Zeolimed, Kapsul №60” əmtəə nişanlı bioloji aktiv qida məhsulu partiyasından (06.05.2024-06.05.2027-ci il istehsal və son istifadə tarixli, P119 partiya nömrəli) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri tərəfindən götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində qurğuşunun miqdarının normadan artıq olduğu müəyyən edilib.
Bu barədə Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunub və məhsul partiyası məhv edilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...