AQTA-da Belarus nümayəndə heyəti ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Belarus Respublikasından olan nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, görüş zamanı AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva Belarusun kənd təsərrüfatı nazirinin birinci müavini Fedçenko Sergey Aleksandroviçin rəhbərlik etdiyi nümayəndə heyətinə ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Sonra hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə edilib, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib, Azərbaycanda baytarlıq preparatlarının birgə istehsalı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub. Eyni zamanda Belarusda quş, quş əti və yumurta emal, həmçinin istehsal edən qida obyektlərinin təsdiq sisteminin ekvivalentliyinin tanınması prosesinə toxunulub, bu istiqamətdə qarşıda duran məsələlər müzakirə olunub.
Sonda digər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...