AQTA: Bəzi sahibkarlıq subyektlərinin ölkəmizə idxal etdiyi qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Fhnews.az xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, tədbirlər çərçivəsində bu ilin fevralında "BB 7" MMC tərəfindən ölkəyə gətirilmiş İran İslam Respublikasının “Maham Tejarat Dena Paydar” müəssisəsinin istehsalı olan 2000 kiloqram zirinc, "AZNUR" MMC tərəfindən idxal edilmiş Belarus Respublikasının “AQROKOMBİNAT DZERJİNSKİ” müəssisəsinin istehsalı olan 1854 kiloqram dondurulmuş toyuq filesi və “Azlat Food” MMC tərəfindən idxal edilmiş Rusiya Federasiyasının “AGRO-PLYUS” MMC-nin istehsalı olan 900 kiloqram dondurulmuş hind quşu filesi məhsulu partiyalarından götürülmüş nümunələrin sınaq nəticəsinə əsasən, həmin məhsullarda uyğunsuzluq müəyyən olunub.
İdxal edilmiş zirinc məhsulunda kif-maya göbələkləri, dondurulmuş toyuq və hind quşu filesi məhsullarında isə Salmonella aşkarlanıb. Agentlik tərəfindən qida təhlükəsizliyi üzrə tələblərə uyğun olmayan məhsul partiyalarının məhv edilməsi və ya istehsalçı ölkəyə geri göndərilməsi barədə müvafiq qərarlar qəbul edilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...