22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Aqrar Xidmətlər Agentliyində yanğın təhlükəsizliyi ilə bağlı təlim keçirilib
 

23-09-2024
IMG

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının əməyin mühafizəsi təlimatına uyğun olaraq, Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi (ASİHİB) tərəfindən təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı müntəzəm tədbirlər davam etdirilir. Yanğın təhlükəsizliyinə həsr olunan növbəti təlim Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin inzibati binasında keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin Baş texniki əmək müfəttişi Ramiz Hacıyev təlimdə avtomatik qurğular, ilkin yağınsöndürmə vasitələrindən istifadə, təxliyə barədə Agentlik əməkdaşlarına ətraflı məlumat verib. Həmçinin əməkdaşlara yanğın təhlükəsizliyinə dair qüvvədə olan qanunvericiliklə bağlı təqdimatlar keçirilib, yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə əməkdaşların məsuliyyət və öhdəlikləri izah olunub.

Agentliyin əməkdaşları üçün “yanğın təhlükəsizliyi” mövzusunda təşkil olunan təlimlər bir həftə ərzində davam edəcək. Təlimlərdə, ümumilikdə, 250 əməkdaşın iştirakı nəzərdə tulub.

Paylaş: