Əqli Mülkiyyət Agentliyində xidmətin keyfiyyətinin yüksəldilməsi prioritet məsələdir
Əqli Mülkiyyət Agentliyində xidmətin keyfiyyətinin yüksəldilməsi prioritet məsələdir. Azərbaycanda həyata keçirilən islahatların uğurlu nəticələri dünyanın bir sıra ölkələrində məmnuniyyətlə tətbiq edilir. Şəffaflıq, asan xidmət, əlçatanlıq və vətəndaş məmnunluğu idarəetmədəki islahatların əsas prioritetini təşkil edir. Bu gün dövlət strukturlarımız xüsusilə xidmət sahəsindəki işlərini bu prinsiplər əsasında həyata keçirmək üçün bütün imkanları səfərbər etməyə çalışırlar. Aparılan uğurlu və məqsədyönlü siyasət nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizdə xalqa xidmət müstəvisində yeni yanaşma mexanizmləri ortaya qoyulub. Bu baxımdan Əqli Mülkiyyət Agentliyi öz işini dövlətin müəyyənləşdirdiyi siyasətə uyğun həyata keçirərək daha yüksək nəticələr əldə etməyi əsas məqsəd və vəzifə hesab edir.
Fhnews.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, Əqli Mülkiyyət Agentliyi vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin artırılması istiqamətində ardıcıl işlər görməkdədir. Bu baxımdan Agentlikdə fəaliyyət göstərən “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi xüsusi əhəmiyyət daşıyır. Sistem əqli mülkiyyət obyektləri, o cümlədən sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyətinin, habelə ixtira və patent fəallığının daha da artmasına müsbət təsirini göstərib, bu sistem vasitəsilə tətbiq edilən “vahid pəncərə” və “istənilən yerdən xidmətə əlçatanlıq” prinsipi açıqlığı, operativliyi və şəffaflığı təmin edib, əqli mülkiyyət üzrə göstərilən dövlət xidmətlərinin səmərəsini və səviyyəsini yüksəldib.
Bəs bunu konkret hansı faktlarla göstərmək olar?
Məlumdur ki, ixtira, faydalı model və sənaye nümunələri ilə bağlı iddia sənədi Agentliyə daxil olduqdan sonra həmin sənədlərin ekspertizası keçirilir. Ümumi qaydaya görə ekspertizanın müddəti 12 ay təşkil edir. Lakin 2023-cü ildə bu iş Agentlikdə 8-9 ay müddətində aparılıb. Bundan əlavə MDB məkanında ilk olaraq iddia sənədlərinin 3D formatında qəbulu həyata keçirilib. Agentlik tərəfindən vətəndaş məmnunluğu yaradan digər bir nümunə əmtəə nişanlarına dair iddia sənədinin mahiyyət üzrə ekspertizasıdır. Bu prosedurun müddəti azaldılaraq orta hesabla üç ay təşkil edib. Halbuki beynəlxalq təcrübədə bu müddət 6-12 aydır. Xidmət sahəsində atılan digər uğurlu addım sürətli ekspertiza ilə bağlıdır. Sürətli ekspertizanın müddəti ötən il bir aydan 14 günə qədər azaldılıb.
Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendinin hədəf bazarlarında aktiv təşviqi və ixrac həcminin artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Agentlik tərəfindən sahibkarlara göstərilən hüquqi-məsləhət xidmətləri nəticəsində milli iddiaçılar tərəfindən beynəlxalq qeydiyyat üçün 17 iddia sənədi verilib (2022-ci ildə bu rəqəm12 olub).
Yeni infrastruktur layihələri sırasında yaradılmış “Çağrı Mərkəzi”nə yalnız ötən il ərzində 24 mindən çox müraciət daxil olub və hər bir müraciət operativ qaydada cavablandırılıb.
Əqli Mülkiyyət Agentliyinə olunan hər bir müraciət dəqiqliklə araşdırılır, müraciət edənlərin məmnunluğu yüksək səviyyədə həll olunur.
Xidmət işinin daha da təkmilləşdirilməsi və yüksəldilməsi üçün bütün imkanlar bundan sonra da səfərbər ediləcək. Bu iş Agentliyin qarşısına qoyduğu əsas vəzifə və prioritetdir.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...