22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Əqli Mülkiyyət Agentliyi “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə qoşulub

23-08-2024
IMG

Bu ilin aprelində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start verib. Əqli Mülkiyyət Agentliyi də bu ekoloji təşəbbüsə qoşulub. Müvafiq tullantı qutuları Agentliyin və tabeliyində olan qurumların inzibati binalarında yerləşdirilib.

Fhnews.az xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib. Bildirilib ki, Agentlik iqlim dəyişikliyi, ekologiya və ətraf mühitin qorunması sahəsində həyata keçirilən layihələri yüksək dəyərləndirir və hər zaman belə təşəbbüslərə dəstək verməyə hazırdır.

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi ətraf mühitin mühafizəsi, insanların sağlamlığının qorunması, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması, işlənmiş batareya tullantılarının zərərli təsirlərinin qarşısının alınması və səmərəli idarə olunması məqsədi daşıyır. İşlənmiş batareyaların digər tullantılardan ayrılaraq toplanması onların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini azaltmağa xidmət edəcək.

Paylaş: