Antioksidantların yüksək dozada istifadəsi zərərli ola bilər
Antioksidantlar, hüceyrələr bədən tərəfindən davamlı olaraq yaradılan “sərbəst radikallar” adlanan zərərli molekullara qarşı təbii silahdır. Bu qeyri-sabit molekulların həddən artıq istifadəsi hüceyrələrimizə zərər verə və yaşlandıqca xərçəng kimi xəstəliklərə səbəb ola bilər. Bəzi antioksidanlar insan orqanizmi tərəfindən hazırlanır, digərləri isə qidalardan əldə olunur.
Fhnews.az “Live Science” saytına istinadla xəbər verir ki, aparılan tədqiqatlara əsasən, pəhriz zamanı antioksidantla zəngin meyvə, tərəvəz və paxlalılardan istifadə edən insanlarda ürək-damar xəstəlikləri, xərçəng və hər hansı səbəbdən erkən ölüm riski daha az olur. Beləliklə, antioksidant qəbulunu artırmaq sağlığımız üçün faydalıdır. Lakin qida ilə müqayisədə əlavə antioksidantların tövsiyə olunan dozalarını keçmək xeyirdən çox zərərli ola bilər.
Yüksək antioksidant qəbul edərkən bəzən orqanizmdə ciddi fəsadlar yaranması mümkündür. Həddindən artıq C vitamini qəbulu ishal, ürəkbulanma kimi həzm problemlərinə gətirib çıxara bilər.
Yüksək dozada beta-karotin risk qrupunda olan şəxslərdə ağciyər xərçəngi və ürək-damar xəstəlikləri riskini artırır. Heyvanlar və insan toxumaları üzərində aparılan tədqiqatlara əsasən, antioksidantlar bəzi xərçəng növlərinin böyüməsini və yayılmasını daha da artırır. Bundan əlavə, yüksək dozalı vitamin E xroniki xəstəliyi olan insanlarda erkən ölümə belə səbəb ola bilər.
Bu tədqiqatlar göstərir ki, həddindən artıq miqdarda antioksidantlarla qidalanmaq insan sağlamlığına mənfi təsir edir.
Alberta Universitetinin Əczaçılıq elmləri fakültəsinin fəxri professoru və dekanı Ceyms Kehrer qeyd edib ki, insanlar həddindən artıq antioksidant istehlak edərlərsə, bu, onlarda arzuolunmaz təsirlərə səbəb ola bilər. O, tövsiyə edir ki, sağlam pəhrizə riayət etmək lazımdır. Pəhrizlə bərabər idman da vacibdir. Məşq prosesi zamanı bədən öz daxili antioksidantlarının istehsalını artırmağa başlayır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...