22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Antarktidada quş qripi həyəcanı

16-03-2024

Alimlər xəbərdarlıq edir ki, pinqvin koloniyalarının izdihamlı quruluşu və miqrasiya hərəkətləri quş qripi virusunun yayılmasını artıra bilər.Antarktida alimləri ölümcül quş qripi (H5N1) virusunun yayılması ilə bağlı xəbərdarlıq edirlər. Virusun Antarktidanın nəhəng pinqvin koloniyalarına potensial təsiri ilə bağlı həyəcan təbili çalınıb.

Çili Papa Katolik Universitetindən tədqiqatçı Fabiola Leon 2023-cü ilin sonu və 2024-cü ilin əvvəlində bölgəyə gedərək araşdırma aparıb. "Biz çox narahatedici riskdən danışırıq. İmperator pinqvinləri və digər quşlar kimi nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlər var" -deyə  Leon əlavə edib.
Xəstəlik ilk dəfə keçən ay qitənin materik hissəsində təsdiqlənib və o vaxtdan yerli pinqvin və qarabatat populyasiyalarında aşkarlanıb. Dünyadakı quş populyasiyalarını məhv edən virus Cənubi Amerikadakı çöl quşları və dəniz məməliləri populyasiyalarına da dərindən təsir edib.

Ekspedisiyanı təşkil edən Çili Antarktika İnstitutu (INACH) bu həftə bölgədə yeni quş qripi halları aşkar etdiyini açıqlayıb. 

Pinqvin koloniyalarının sıx quruluşu və köç hərəkətlərinin virusun yayılmasını ağırlaşdıra biləcəyi barədə xəbərdarlıq edən Leon "Bu vəziyyət müxtəlif quş koloniyaları arasında xəstəliyin ötürülmə sürətini artıra bilər"-deyib. 

Xatırladaq ki, virus ilk dəfə keçən ay Antarktika materikində dəniz quşlarında aşkar edilib.

Paylaş: