Antalyadan Moskvaya uçan təyyarədə gərgin anlar: Vilnüsə təcili eniş etdi
Antalya-Moskva marşrutu üzrə çarter reysi həyata keçirən "Corendon Airlines" şirkətinə məxsus "Boeing B737-8 MAX" təyyarəsi sərnişinin səhhətinin pis olması səbəbindən Vilnüs hava limanına məcburi eniş edib.
Fhnews.az TASS-a istinadən verdiyi məlumata görə, sərnişin ürəktutması ilə xəstəxanaya yerləşdirilib.
Təyyarə 1,5 saatlıq gecikmədən sonra Moskvaya uçub.
Bildirilir ki, vətəndaşlığı dəqiqləşdirilməyən sərnişin uçuş zamanı özünü pis hiss edib. Əvvəlcə ayaqyoluna girib, çıxanda isə huşunu itirib. Stüardessalar ona ilkin tibbi yardım göstərməyə çalışıblar. Ekipaj Vilnüs hava limanına enmək qərarına gəlib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...