Antalyada şəlalənin rəngi dəyişdi, görənlər heyrətə düşdü
Türkiyənin Antalya şəhərində yağan güclü yağışdan sonra Düdən şəlaləsinin rəngi dəyişərək qəhvəyi olub.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, bununla əlaqədar sosial şəbəkələrdə kadrlar yayılıb.
Bildirilir ki, Düdən şəlaləsinin dənizlə qovuşduğu yerə gələnlər suyun rəngini görüb təəccübləniblər. Su dənizdə də qəhvəyi təbəqə əmələ gətirib.
Xatırladaq ki, Antalyada bir gün əvvəl başlayan leysan regionda daşqınlara səbəb olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...